Milli Mətbuatın 149-cu ildönümü münasibətilə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin məzarları ziyarət olunub
19.07.2024 10:47
Milli Mətbuatın 149-cu ildönümü və 22 iyul – Milli Mətbuat Günü münasibətilə Azərbaycan Respublikası Audiovizual Şurası, Medianın İnkişafı Agentliyi, Azərbaycan Mətbuat Şurasının nümayəndələri Fəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə güllər düzülüb.
Sonra Azərbaycan milli mətbuatının banisi, "Əkinçi" qəzetinin naşiri və redaktoru Həsən bəy Zərdabinin məzarı önünə əklil və güllər qoyulub, böyük mütəfəkkirin xatirəsi ehtiramla yad edilib.
Xəbərlər
Xəbərlər

28.06.2025 09:49
Azərbaycan, Serbiya və Türkiyə arasında audiovizual media sahəsində üçtərəfli tə...

24.06.2025 09:47
Azərbaycan nümayəndə heyəti Çin Media Qrupda və Çin Kommunikasiya Universitetind...

23.06.2025 10:59