Azərbaycan nümayəndə heyəti Çin Media Qrupda və Çin Kommunikasiya Universitetində olmuşdur

24.06.2025 09:47

Çin Xalq Respublikasına səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti iyunun 26-da Çin Media Qrupda və Çin Kommunikasiya Universitetində olmuşdur.

Çin Media Qrupda keçirilən görüş zamanı informasiya siyasəti, rəqəmsal transformasiya, çoxdilli yayım imkanları və müasir texnoloji yanaşmalar ətrafında fikir mübadiləsi aparılmışdır. Tərəflər media sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, məzmun mübadiləsinin genişləndirilməsi və texnoloji innovasiyaların öyrənilməsi istiqamətində müzakirələr keçirmişlər.

Daha sonra nümayəndə heyəti Çin Kommunikasiya Universitetində olmuşdur. Görüş zamanı media təhsili sahəsində əməkdaşlıq perspektivləri, tələbələrin peşəkar inkişafı, praktiki təcrübə imkanlarının genişləndirilməsi və birgə akademik təşəbbüslərin həyata keçirilməsi məsələləri müzakirə edilmiş, gələcəkdə ortaq layihələrin və platformaların yaradılması imkanlarına diqqət yetirilmişdir.

Xəbərlər
Xəbərlər
Hamısına bax