Milli Televiziya və Radio Şurasının ümumrespublika radio kanalının açılması üçün elan etdiyi müsabiqəyə sənəd qəbulu başa çatmışdır.
17.02.2022 14:58
17 fevral 2022-ci il tarixdə ümumrespublika radio kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadası ərazisində 107.0 MHs işçi tezliyi) 17 yanvar 2022-ci il tarixdən 17 fevral 2022-ci il tarixədək Milli Televiziya və Radio Şurasının elan etdiyi müsabiqə üçün sənəd qəbulu başa çatmışdır.
Müsabiqə çərçivəsində 6 iddiaçı Şuraya sənədlərini təqdim etmişdir:
- "Xəzər TV" MMC (radio kanalın adı: Xəzər Xəbər Radio);
- "Real Təhlil İnformasiya Mərkəzi" MMC (radio kanalın adı: Real FM);
- "İNS ÇM" MMC; (radio kanalın adı: İNS ÇM Radio);
- "İsti Press" MMC (radio kanalın adı: İsti Press Radio);
- "ProMediaGroup" MMC (radio kanalın adı: Sport Radio);
- "Balans Studiyası" MMC (radio kanalın adı: Balans Studiyası).
Şura müsabiqəyə sənəd qəbulunun başa çatmasından sonrakı 30 gün ərzində (19 mart 2022-ci ilədək) iddiaçıların sənədlərini araşdırıb müsabiqənin nəticələri barədə qərar qəbul edəcəkdir.
Xəbərlər
Xəbərlər

28.06.2025 09:49
Azərbaycan, Serbiya və Türkiyə arasında audiovizual media sahəsində üçtərəfli tə...

24.06.2025 09:47
Azərbaycan nümayəndə heyəti Çin Media Qrupda və Çin Kommunikasiya Universitetind...

23.06.2025 10:59