Milli Televiziya və Radio Şurasında ATƏT Bakı Ofisinin rəhbəri Bilge Cankorel ilə görüş keçirilmişdir.
26 may 2010-cu il tarixdə Milli Televiziya və Radio Şurasında Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Bakı Ofisinin rəhbəri Bilge Cankorel ilə görüş keçirilmişdir.
Görüşdə Şura sədri Nuşirəvan Məhərrəmov Milli Televiziya və Radio Şurasının formalaşdırılması, onun tərkibi və funkisiyaları, televiziya və radio yayımı üçün xüsusi razılığın (lisenziyanın) verilməsi proseduru ilə bağlı Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Bakı Ofisinin rəhbərini maraqlandıran sualları cavablandırmışdır.
Görüş zamanı həmçinin, Azərbaycan Respublikasında televiziya və radio yayımı ilə əlaqədar qanunvericiliyin mövcud vəziyyəti, seçkiqabağı təbliğat və təşviqat kompaniyasında siyasi reklamın yayımı və digər məsələlərlə bağlı faydalı fikir mübadiləsi aparılmışdır.

Azərbaycan, Serbiya və Türkiyə arasında audiovizual media sahəsində üçtərəfli tə...

Azərbaycan nümayəndə heyəti Çin Media Qrupda və Çin Kommunikasiya Universitetind...
