Bakı şəhəri və Abşeron yarımadasında yerüstü HD televiziya yayımı DVB-T2 standartına keçir
15.03.2024 09:26
16 mart 2024-cü il tarixində gecə saat 01.00-dan etibarən Bakı şəhəri və Abşeron yarımadası ərazisində ümumölkə yerüstü televiziya yayımçılarının proqramlarının HD yayımı test rejimində DVB-T2 standartına keçiriləcəkdir. Əhalinin açıq televiziya proqramlarına əlçatanlığının əhəmiyyətini nəzərə alaraq 48-ci TV yayım kanalı ilə aparılan açıq (ödənişsiz) rəqəmsal yerüstü SD yayımın DVB-T standartında qalması təmin olunacaqdır.
Keçidin əsas məqsədi dünya ölkələrində yerüstü televiziya yayımının yeni texnologiyalara inteqrasiyası və inkişaf tendensiyası nəzərə alınaraq, ölkəmizdə daha keyfiyyətli televiziya yayımının tətbiqidir.
Xəbərlər
Xəbərlər

28.06.2025 09:49
Azərbaycan, Serbiya və Türkiyə arasında audiovizual media sahəsində üçtərəfli tə...

24.06.2025 09:47
Azərbaycan nümayəndə heyəti Çin Media Qrupda və Çin Kommunikasiya Universitetind...

23.06.2025 10:59