Audiovizual Şura ümumölkə yerüstü radio yayımçısı lisenziyasının verilməsi məqsədilə 2 müsabiqə elan etmişdir
07 noyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Audiovizual Şurasının növbəti iclası keçirilmişdir. İclasda boş və yayım üçün istifadəyə yararlı radiotezliklər ilə bağlı məsələlər müzakirə olunmuşdur.
İlk olaraq müxtəlif dillərdə yayım aparan "Azərbaycan Beynəlxalq Radiosu"nun proqramlarının əhatə dairəsinin genişləndirilməsi məqsədilə ölkənin bir sıra müxtəlif stansiyalarından müvafiq radiotezliklər "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin istifadəsinə ayrılmışdır.
Daha sonra Dövlət Radiotezliklər İdarəsindən alınan məlumatlara əsasən "Bakı Teleqüllə Kompleksi"ndən boş və yayıma uyğun radiotezliklərin mövcudluğu və onlardan səmərəli istifadənin təşkilinin əhəmiyyəti nəzərə alınaraq ümumölkə yerüstü radio yayımçısı lisenziyasının verilməsi üçün 18 noyabr tarixindən etibarən 2 müsabiqənin elan olunması haqqında qərarlar verilmişdir.

Azərbaycan, Serbiya və Türkiyə arasında audiovizual media sahəsində üçtərəfli tə...

Azərbaycan nümayəndə heyəti Çin Media Qrupda və Çin Kommunikasiya Universitetind...
